Baş Prokurorluq: Məktəb direktorunun müəllimlərdən pul tələb etməsi barədə yayılmış səs yazısı ilə bağlı araşdırma aparılır
Azərbaycan Respublikasının Baş Prokurorluğu orta məktəb direktorunun müəllimlərdən pul tələb etməsi ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi barədə yayılmış səs yazısı ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

