Leyla Abdullayeva: Gəncə terrorunu törədənlər ədalət qarşısında cavab verməlidirlər

Gəncə terrorunu törədənlər ədalət qarşısında cavab verməlidirlər.

Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviterdə yazıb.

“Bu gün Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələrinin 10 dinc sakinin ölümü, 40 nəfərin yaralanması ilə nəticələnən vəhşi hücumunun ikinci ildönümüdür. Ermənistanda bu hərbi cinayətə görə indiyədək heç kim məsuliyyətə cəlb edilməyib”, - deyə Leyla Abdullayeva qeyd edib.