Azərbaycanın Xorvatiya və Vyetnama yeni səfirləri təyin olundu

Prezident İlham Əliyev Anar Laçın oğlu İmanovun Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər sərəncamla Şövqi Kamal oğlu Mehdizadə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib