Yasamal rayonunda yeraltı piyada keçidinə dolan su boşaldılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yeraltı piyada keçidinə su dolması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlər subasmaya məruz qalmış keçiddən suyun çəkilərək kənarlaşdırılması işlərini həyata keçiriblər.

