Yağış nə vaxt dayanacaq?

Müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək davam edəcəyi proqnozlaşdırılır.

Yerveinsan.az  Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın rayonlarında isə qeyri-sabit hava şəraitinin aprelin 7-si axşamadək davam edəcəyi gözlənilir.

 Məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb. Bu da aylıq normanın 390%-ni təşkil edir.