Ağdam-Xankəndi dəmir yolunda tikinti işlərinin 48 faizi yekunlaşıb

Ağdam-Xankəndi dəmir yolu xəttinin bərpası istiqamətində işlər davam etdirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən  bildirilib ki, layihə üzrə layihələndirmə işlərinin 90 faizi, tikinti-quraşdırma işlərinin isə 48 faizi başa çatdırılıb.

Layihə çərçivəsində Xankəndidə müasir Dəmir Yolu və Avtovağzal Kompleksinin yaradılması da nəzərdə tutulur.