Sabah Şuşa, Kəlbəcər və Laçında hava şaxtalı olacaq

Dekabrın 19-da Şuşa, Kəlbəcər və Laçında hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı, axşam havanın tutulacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 metr/saniyə olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, havanın temperaturunun gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti, axşam 2°-yə yaxın şaxta olacağı proqnozlaşdırılır.