Bakıda 3 nəfər bıçaqlanıb

Dekabrın 19-da gecə saat 1 radələrində Bakının Xətai rayonu ərazisində 3 nəfərin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Onlardan biri 2004-cü il təvəllüdlü Nemət Həsənov ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilir.