Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib
Şəki şəhərinin Mirzə Fətəli Axundzadə prospektində, “Əlövsət” şirniyyat evinin yaxınlığında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı həmin ərazidə, Şəki bələdiyyəsinə məxsus torpaq sahəsində iki ağacın şəhər sakini Rövşən Məmmədov tərəfindən kəsildiyi və köklərinin çıxarılaraq beton örtüklə örtüldüyü müəyyən olunub. Faktla bağlı akt və protokol tərtib olunub, R.Məmmədov barəsində qanunamüvafiq tədbir görülüb.
Xidmət rəsmisinin sözlərinə görə, kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib. Ağacların qorunub mühafizə olunması məqsədilə Şəki bələdiyyəsinə müvafiq göstəriş verilib.

