Bu yollarda sıxlıq müşahidə olunur

Yollardakı son vəziyyət açıqlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, bu yollarda sıxlıq müşahidə olunur:

1. Heydər Əliyev prospekti, əsas və kənar yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. "20 Yanvar" dairəsində;
5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
13. Babək prospekti, mərkəz istiqamətində;
14. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
15. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.