Əvəz Zeynalının həyat yoldaşı ilə Elçin Sadıqov arasında qalmaqal: “Reketin kim olduğunu xalq yaxşı bilir”

Barəsində həbs qətimkan tədbiri seçilən “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı ilə vəkil Elçin Sadıqov arasında qalmaqal yaranıb.

 

Yerfveinsan.az bildirir ki, Pravda.az-ın xəbərinə görə, buna səbəb E.Sadıqovun Ə.Zeynallı ilə bağlı açıqlama verməsi olub.

 

M.Zeynallı sosial şəbəkədə E.Sadıqova “Cavabını alacaqsan!” deyə, yazıb.

 

E.Sadıqov isə “Reketin kim olduğunu xalqımız yaxşı bilir” cavabını verib.

 

M.Zeynallı bildirib: “Biz də bildik. İndiyədək kimə nə yalanlar danışdın, onu açıqlayanda görəcəyik”.

 

E.Sadıqov isə belə cavab verib: “Biz bundan sonra ancaq məhkəmədə görüşəcəyik, nə yayacaqsınızsa, məhkəmədə cavab verəcəksiniz”.