Şamaxı Astrofizika Rəsədxanasında “Açıq qapı” günü keçirilib

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Açıq qapı” günləri keçirilib.

Bu barədə rəsədxanadan məlumat verilib.

Ekskursiyalar zamanı ziyarətçilər rəsədxananın muzeyindəki eksponatlarla və “Nobelçi astrofiziklər” guşəsi ilə tanış olublar. Rəsədxananın təcrübəli bələdçiləri Nobel mükafatı təsis olunduğu vaxtdan bu günədək həmin mükafata layiq görülmüş astrofizik alimlərin elmi nailiyyətləri haqqında geniş informasiya veriblər.

“Açıq qapı” günlərində gecə ekskursiyaları zamanı rəsədxanada teleskop vasitəsilə Ayın və Mars planetinin müşahidəsi aparılıb.