SOCAR proqnozlara əsasən dənizdə işləri məhdudlaşdırıb

SOCAR hava şəraitinin dəyişəcəyi ilə bağlı proqnozlara əsasən dənizdə işləri məhdudlaşdırıb.

Şirkətdən verilən məlumata görə, martın 30-u səhərdən aprelin 1-i axşam saatlarınadək hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar SOCAR-ın dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

İstehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.