Nazir Rəşad Nəbiyevin vətəndaşlarla görüşünün vaxtı dəyişib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin aprelin 4-də Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayon, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhər sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.

Nazirlikdən bildirilib ki, Rəşad Nəbiyev vətəndaşları Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində aprelin 5-i saat 10:00-da qəbul edəcək.

Qəbula yazılmaq üçün aprelin 4-nə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.