Təhsil texnologiya ilə yarışı itirirmi?

OECD-nin yeni tədqiqatı süni intellektin riyaziyyat və oxu sahəsində tərəqqisini göstərir


Süni intellekt (AI) sahəsində irəliləyişlər böyük və sürətli texnoloji transformasiyaya səbəb olur. Süni intellekt imkanlarının insan bacarıqları ilə necə əlaqəli olduğunu və onların zamanla necə inkişaf etdiyini anlamaq bu prosesi başa düşmək üçün çox vacibdir. 2016-cı ildə OECD süni intellekt imkanlarını Yetkin Bacarıqlar Sorğusu (PIAAC) ilə qiymətləndirdi. Yeni tədqiqat (Təhsil texnologiya ilə yarışı itirirmi? AI-nin Riyaziyyat və Oxuda Tərəqqisi - Is Education Losing the Race with Technology? AI's Progress in Maths and Reading) 2021-ci ildə kompüterlərin PIAAC savad və hesablama testlərini həll edə bilməyəcəyinə dair ekspert mülahizələrini toplayan əvvəlki araşdırmanı izləyir. Bu, AI-nin qiymətləndirilməsi üzrə hərtərəfli davam edən layihənin bir hissəsidir. Bu tədqiqat göstərir ki, süni intellekt potensial olaraq PIAAC-da əhalinin böyük hissəsini - savadlılıq üzrə böyüklərin 90%-ni və hesablama üzrə böyüklərin 57-88%-ni üstələyə bilər. Süni intellektin savadlılıq imkanları 2016-cı ilin qiymətləndirməsindən sonra xeyli yaxşılaşmışdır.
Ekspertlərin fikrincə, süni intellekt 2026-cı ilə qədər bütün savadlılıq və hesablama testlərini həll edəcək. Bu tapıntıların məşğulluq və təhsil üçün mühüm təsiri var. İşçi qüvvəsinin böyük hissəsi hər gün iş yerində kompüterlərlə müqayisə edilə bilən və ya ondan aşağı səviyyədə savadlılıq və hesablama bacarıqlarından istifadə edir. Süni intellekt bu işçilərin savad və hesablama ilə bağlı tapşırıqlarına təsir göstərə bilər. Bu kontekstdə təhsil sistemləri tələbələrin və işçilərin təməl bacarıqlarını gücləndirməli və onlara AI ilə birlikdə işləməyi öyrətməlidir.


Oruc MUSTAFAYEV