Baş Prokurorluğun inzibati binası qarşısında narazılıq ifadə edən şəxslərə hüquqları izah olunub
Aprelin 6-da Baş Prokurorluğun inzibati binasının qarşısında narazılığını ifadə edən şəxslərin hər biri Baş Prokurorluqda və aidiyyəti struktur qurumlarda ayrı-ayrılıqda dəfələrlə qəbul edilərək dinlənilib və onlara hüquqları izah olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Lalə Babaşova, Xalidə Məmmədova və Çiçək Aslanovanın şikayət etdikləri hallar üzrə hazırda aidiyyəti məhkəmələrdə cinayət işlərinə baxıldığından onlara məhkəmənin yekun qərarlarından narazı qaldıqları halda aidiyyəti üzrə yuxarı məhkəməyə müraciət etmək hüquqları izah edilib.
Vətəndaş Şövkət Abışovanın müraciəti üzrə daxil işlər orqanlarında aparılmış araşdırma zamanı şikayətin mülki xarakterli olması müəyyən edildiyindən ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunub.
Bundan başqa, şikayət edən digər şəxslərə müraciətlərində göstərilən halların araşdırılaraq müvafiq qərarın qəbul olunacağı bildirilib.

