Tullantıları tinglərə dəyiş” tingpaylama aksiyası keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Bravo" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə "Bir ağac-min nəfəs" devizi altında növbəti “Tullantıları tinglərə dəyiş” tingpaylama aksiyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Xətai rayonunda “Bravo” superstorun qarşısında keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən 402 ədəd işlənmiş batareya, ümumi tutumu 169 litr olan şüşə tullantı təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb.
Nazirlik hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə töhfə verərək tullantıların sayının minimuma endirilməsinə və təkrar emalına dəstək olmağa çağırır.
Qeyd edək ki, növbəti tingpaylama aksiyası aprelin 9-da Qaradağ rayonu, Qobu park yaşayış massivində keçiriləcək. Aksiyaların keçirilməsi ilə bağlı elanlar nazirliyin saytında və sosial şəbəkə hesablarında öncədən paylaşılır.

