Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev aprelin 28-də Qusar rayonunda vətəndaşları qəbul edəcək.

Nazirlikdən bildirilib ki, qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayon sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri aprelin 19-u saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us  bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.