Laçında çoban minaya düşüb

Aprelin 12-də Laçın rayonu ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Yerveinsan.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

"Mal-qara otararkən minalanmış əraziyə daxil olma nəticəsində baş verən hadisə zamanı bir nəfər mülki şəxs xəsarət alıb", - məlumatda deyilir.