Xaricdə doktorantura təhsilinə qeydiyyat sabah yekunlaşır

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu davam edir.

Elm və Təhsil Nazirliyindən Yerveinsan.az-a bildirilib ki, proses aprelin 20-də yekunlaşacaq.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısını, elana dair ətraflı məlumatı nazirliyin saytından əldə etmək mümkündür.

Əlavə sual yaranarsa, FAQ/MVS və ya [email protected] elektron poçt ünvanına müraciət etmək olar.