Ayın 21-i Ramazan bayramıdır
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i - Ramazan bayramı Miladi təqvimlə aprelin 21-nə təsadüf edir.
Yerveinsan.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Ramazan bayramı münasibətilə təbrikində qeyd olunub.
Bildirilib ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır.

