Bakıda daha iki yol nəqliyyatın hərəkətinə bağlanacaq
Bu gündən Bakı şəhərində daha iki yol nəqliyyatın hərəkətinə bağlanacaq.
Yerveinsan.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) məlumat yayıb.
Bildirilib ki, bu gün gecə saat 23:00-dan etibarən Rəsul Rza küçəsinin Neftçilər prospekti ilə kəsişməsi və Adil İsgəndərov küçəsinin Niyazi küçəsi ilə kəsişməsi nəqliyyatın hərəkətinə bağlanacaq.
Buna səbəb “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılması prosesinin davam etdirilməsidir.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.

