"Təzə Pir" məscidində bayram namazı qılınıb

Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə "Təzə Pir" məscidində bayram namazı qılınıb.

Yerveinsan.az xəbər verir ki, bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.

Qeyd edək ki, bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır. Bayramla əlaqədar 4 gün - aprelin 21, 22, 23 və 24-də qeyri-iş günləri olacaq.