Mürsəl İbrahimov Şəki şəhərində vətəndaşlarla görüşəcək
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin may ayında şəhər və rayonlarda vətəndaşlarla görüş cədvəlinə uyğun olaraq, mayın 26-da saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Şəki şəhərində vətəndaşlarla görüşəcək.
Dövlət Xidmətindən Yerveinsan.az-a bildirilib ki, görüş Şəkinin Heydər Əliyev Mərkəzində Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlarla keçiriləcək.
Görüşə yazılmaq istəyən vətəndaşların mayın 22-dək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

