Britaniya səfiri Tərtərdəki mina partlayışı ilə bağlı başsağlığı verib
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld Tərtərin Tapqaraqoyunlu kəndi ərazisində 3 nəfərin tank əleyhinə minaya düşərək həlak olması ilə əlaqədar başsağlığı verib.
Yerveinsan.az xəbər verir ki, paylaşımda deyilir:
“Tərtər rayonu ərazisində tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin həlak olması xəbəri məni çox üzdü. Ölənlərin yaxınlarına baş sağlığı verirəm”.