Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirilib

Aprelin 30-da rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə sınaq imtahanı keçirilib.

Bu barədə Yerveinsan.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, sınaq imtahanı DİM-in Bakı şəhəri Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında kompüter vasitəsilə elektron formada keçirilib. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb.

İmtahanda 90 nəfər iştirak edib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub.