Dördüncü sinif şagirdlərinin yerdəyişməsi dayandırılacaq

Mayın 5-i saat 17:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə IV sinif şagirdlərinin yerdəyişməsi dayandırılacaq.

Yerveinsan.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, fevralın 21-dən 2022-2023-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktivləşdirilib. Yerdəyişmə prosesi sy.edu.az portalı üzərindən həyata keçirilir.