AZƏRBAYCAN RESPUBLİKASININ GEOLOJİ İRSİ

T.N.Kəngərli,

Geologiya-mineralogiya elmləri doktoru, Ş.Ə.Babayev geologiya-mineralogiya elmləri doktoru, V.B.İbrahimov texnika elmləri doktoru, AMEA Geologiya İnstitutu

Qafqaz bərzəxinin şərq hissəsini təşkil edən Azərbaycan Respublikasının ərazisi Avrasiya və Afrika-Ərəbistan nəhəng litosfer plitələrinin toqquşma zolağında yaranmış Aralıq dənizi qırışıqlıq qurşağına daxildir. Respublika ərazisinin Yer qa- bığının quruluşu tektonik cəhətdən yekcins ol- mayıb, onu təşkil edən və müxtəlif litolojistratiqrafik kəsiliş və deformasiyaların xüsusiyyətləri və geoloji inkişaf tarixi ilə fərqlənən struktur- formasiya vahidlərinin mürəkkəb qarşılıqlı mü- nasibətləri ilə səciyyələnir. Nəticə olaraq ölkənin müasir geoloji quruluşunda müxtəlif geoloji for- malar müşahidə edilir ki, onlar çox vaxt relyefdə əksini tapan müxtəlif geomorfoloji landşaftlar- la (yarımsəhradan tutmuş yüksək dağlıqnival ərazilərədək) birləşərək yerli, məhəlli və hətta qlobal əhəmiyyətli nadir geoloji obyektlər (geo- saytlar) kimi təmsil olunurlar. Bunlardan geolo- ji irs kateqoriyalı obyektlər sırasına daxil edilən dünyanın ən nəhəng palçıq vulkanlarını, güclü müalicəvi xassəli Naftalan neftini, termal və mi- neral su qaynaqlarını, müxtəlif mənşəli maqma- tik və tektonik formaları, müxtəlif yaşlı nadir li- toloji-stratiqrafik kəsilişləri, vulkanik və tektonik təbiətli geoloji landşaftları, relikt dağ göllərini və digər geoloji təzahürləri göstərmək olar. Ümum- dünya geoloji irsin nümunələri sırasına aid edi- lən bu geoloji obyektlər Azərbaycan xalqının və ümumilikdə bütün bəşəriyyətin gələcək nəsilləri üçün qorunub saxlanılmalıdır. Lakin ölkə daxilində antropogen faktorun ətraf mühitə təsirinin artması ilə müşayiət edilən müasir dövrdə geo- saytlar çox vaxt məhv olmaq təhlükəsi ilə qarşılaşır və onların geokonservasiyası üzrə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur. Buna görə də qlobal ekoloji problemlərin həlli kontekstində bu gün Azərbaycanın və eləcə də bütövlükdə Qafqazın geoloji mühitinin mühafizəsi və bərpa edilməsi istiqamətində yetərincə təcili və təsirli tədbirlərin həyata keçirilməsi məsələsi öz aktuallığı ilə seçilir.

Başlanğıcı “Yerin yaddaşı öz əllərimizdədir” çağırışı altında Fransanın Din şəhərində 1991-ci ildə keçirilmiş I Beynəlxalq simpoziumda qo- yulmuş geoloji təbiət abidələrinin mühafizəsinin qlobal səviyyədə gücləndirilməsi təşəbbüsü dün- yanın müxtəlif region və ölkələrini əhatə edərək getdikcə daha geniş vüsət qazanmaqdadır. Avropa hüdudlarında bu proses, Azərbaycan MEA Geologiya İnstitutunun da kollektiv üzv olduğu, 1993-cü ildə Almaniyanın Köln şəhərində təsis edilmiş Geoloji İrsin Mühafizəsi üzrə Avropa Assosiasiyası (ProGEO) tərəfindən əlaqələndirilir. İnstitut Azərbaycan Respublikası ərazisindəki nadir geoloji obyektlərin öyrənilməsi və qorunub saxlanılması sahəsində məqsədyönlü fəaliyyət göstərir. İlkin olaraq, 2007-ci ildə institutun tə- şəbbüsü ilə Abşeron yarımadası, Şərqi Qobustan və Bakı arxipelaqının 42 palçıq vulkanının daxil olduğu Dövlət Palçıq Vulkanlarının Təbiət Qoruğu yaradılmışdır. Geosaytların mühafizəsi sa- həsində növbəti addım, yaranmış vəziyyətə gö- rə narahatlıq göstərərək institutun təşəbbüsünə dəstək olan, Azərbaycan Respublikasının Pre- zidenti İ.H.Əliyev və ölkə hökuməti tərəfindən 2008-ci ildə atılmış və Prezidentin sərəncamı ilə “Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və davamlı istifadəsinə dair 2009-2012-ci illər üzrə Tədbirlər Planı” təsdiq edilmişdir. Planda geosaytların inventarizasiyası və pasportlaşdırılması, onların məhvolma təhlü- kəsinin təhlili, geokonservasiyaya aid təkliflərin işlənib hazırlanması, geosaytların turizm səna- yesinə cəlb olunması və həllini gözləyən bir sıra digər məsələlərlə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Milli Fəaliyyət Planı çərçivəsində ölkənin ayrı-

ayrı regionlarında geosaytların inventarizasiyası sahəsində böyük elmi-tədqiqat işləri aparılmış və bu tədqiqatlarda ölkənin aparıcı alim-geoloqlarından A.A.Əliyev, Ş.Ə.Babayev, T.M.Eybə- tov, V.B.İbrahimov, Y.H.İsrafilov, T.N.Kəngərli, V.A.Məmmədov, M.N.Məmmədov, H.V.Müstafa- yev, N.Ə.Novruzov, H.A.Xəlilov, S.F.Vəlizadə fəal iştirak etmişlər. Aparılmış tədqiqatların nəticəsində paleontoloji-stratiqrafik, tektonik, geo- morfoloji, mineraloji-petroqrafik, hidroloji, hid- rogeoloji və tarixi-dağ-mədən kateqoriyalı 300- dən artıq nadir geoloji obyektin varlığı aşkar edilmişdir. Müxtəlif təbiətli geosaytlar, praktiki olaraq, ölkənin bütün ərazisi üçün xarakterikdir. Xüsusilə qeyd edilməlidir ki, bir çox nadir geoloji obyektlər erməni işğalçılarının zəbt etdiyi ərazi- lərdə qalmışdır və hazırda onların mövcud və- ziyyəti ilə bağlı əlimizdə heç bir məlumat yoxdur. Palçıq vulkanları - nadir təbiət hadisəsi. Palçıq vulkanizmi - yer təkinin neft-qazlılığının göstəricisi olaraq, yer qabığının cavan çökəklə- rinə aid çox nadir təbiət hadisəsidir. Azərbaycan palçıq vulkanizminin geniş inkişaf etdiyi klassik ölkədir. Dünyada məlum olan 800 palçıq vul- kanından 350-yə yaxını ölkəmizin ərazisində yerləşir və xalq arasında “Yanardağ”, “Pilpilə”, “Qaynarça” və “Bozdağ” adları ilə məşhurdurlar.

Mənbə: Yer və İnsan jurnalı. Nömrə 1 (1) 2013