DİN: Ölkə ərazisində qeydə alınan 117 cinayətin üstü açılıb

Mayın 4-də ölkə ərazisində qeydə alınan 105, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətidən Yerveinsan.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarılan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən dörd yol-nəqliyyat hadisəsi baş verib, nəticədə beş nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı dörd fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.