Respublika fənn olimpiadalarının nəticələri elan edilib
Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, biologiya və informatika fənləri üzrə respublika fənn olimpiadalarının nəticələri elan edilib.
Elm və Təhsil Nazirliyindən Yerveinsan.az-a verilən məlumata görə, iki yaş qrupu (8-9-cu sinif və 10-11-ci sinif) üzrə 1-5 və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15 və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30 və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, kimya fənni üzrə final turu mayın 10-da keçiriləcək.

