Baş prokuror Yevlaxda vətəndaşlarla görüşəcək

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev mayın 18-də, saat 10:00-da Yevlax Rayon Prokurorluğunun inzibati binasında Yevlax, Naftalan, Bərdə, Tərtər, Goranboy, Xocalı rayon və Mingəçevir şəhər sakinləri ilə görüşəcək.

Bu barədə Yerveinsan.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Yevlax rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon və ya şəhər prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, teleqram, tviter) vasitəsilə də qəbula yazıla bilərlər.