Elm və Təhsil Nazirliyinin yeni mərkəzi fəaliyyətə başlayır

Mayın 15-dən Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil məsələləri üzrə Vətəndaşlara Xidmət Mərkəzi fəaliyyətə başlayır.

Bu barədə Yerveinsan.az-a nazirlikdən məlumat verilib.

Vətəndaşlar mərkəzə yaxınlaşmaqla aşağıdakı məsələlərə dair müraciətlərini ünvanlaya və yerindəcə həllini tapa bilərlər:

- birinci siniflərə şagird qəbulu ilə bağlı qeydiyyat prosesi;

- məktəbəhazırlıq qruplarına qəbulla bağlı qeydiyyat prosesi;

- məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyat prosesi;

- şagirdlərin elektron yerdəyişməsi.

Qeyd edək ki, Bakı şəhərinin sakinləri yuxarıda qeyd olunan xidmətlər üzrə 5 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Vətəndaşların Qəbulu Mərkəzinə də müraciət edə bilərlər. Regionlarda yaşayan sakinlər isə regional təhsil idarələrinin qəbul mərkəzlərinə, eləcə də təhsil xidmətləri təqdim olunan “ASAN xidmət” mərkəzlərinə yaxınlaşa bilərlər.

Eyni zamanda, yuxarıda qeyd edilən məsələlərlə bağlı Elm və Təhsil Nazirliyinin vatsap xidməti (+994 051 206 78 48), 146 – 1 Çağrı Mərkəzi və portal.edu.az üzərindən də müraciət ünvanlamaq mümkündür.