Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” növü üzrə sənəd qəbulu davam edir
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” növü üzrə sənəd qəbulu prosesi davam edir.
Elm və Təhsil Nazirliyindən Yerveinsan.az-a bildirilib ki, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə müraciət etmək istəyənlər https://www.portal.edu.az/ vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.
Sənəd qəbulu prosesi avqustun 31-i saat 18:00-da bitəcək.
Qəbul qaydaları ilə nazirliyin saytından tanış olmaq mümkündür.

