Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Mayın 17-da respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Xaçmaz, Şamaxı rayonlarında bir sıra nöqsanlar aşkar olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yerveinsan.az-a verilən məlumata görə, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 12 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə http://afsa.gov.az/az/media/news_details/4314 linkində tanış olmaq olar.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

