Tovuzda itkin düşən 13 yaşlı qız tapıldı

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Əfsanə Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib.

Bu barədə Yerveinsan.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhhətinin normal olduğunu, həyatı təhlükəsinin olmadığını dəqiqləşdirib.

İlkin məlumata görə. Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək.

Araşdırmalar davam etdirilir.