Metronun “İçərişəhər” stansiyasında nasazlıq olub, qatar 8 dəqiqə yubanıb

Metronun “İçərişəhər” stansiyasında texniki nasazlıq səbəbindən qatar sərnişinsiz "Nərimanov" elektrik deposuna yola salınıb.

Bu barədə Yerveinsan.az-a Bakı Metropoliteninin mətbuat xidmətindən xəbər verilib.

Bildirilib ki, xəttə dərhal ehtiyat qatar verilib. Qrafik üzrə intervaldan əlavə 8 dəqiqə yubanma yaranıb.