Binəqədidə narkotiklərin satışı ilə məşğul olan kişi və qadın saxlanılıb

Biləcəri və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Şəmsiyə Manafova və Ramazan Cəfərov Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı saxlanılıblar.

Bu barədə Yerveinsan.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onların üzərindən və yaşadıqları ünvanlardan 7 kiloqrama yaxın heroin və marixuana aşkar edilib. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşlarından onlayn yolla satmaq məqsədilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər

Şəmsiyə Manafova və Ramazan Cəfərov barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işi başlanılıb.

Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.