Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Yerveinsan.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və əkilib-becərilməsində şübhəli bilinən rayon sakinləri Kamran Balakişiyev və Mehman Salamov saxlanılıblar.

Həmin şəxslərin üzərinə və yaşadığı evə baxış keçirilən zaman bükümlərdə heroin, marixuana və əkilib becərilməsi qadağan edilmiş 50 ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.