Qəza nəticəsində itkin düşən gənc axtarılır (VİDEO)

Yevlaxda avtomobil qəzası nəticəsində su kanalına düşdüyü ehtimal edilən gənc axtarılır.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən gün Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Kolanı kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun axtarışları davam etdirilir.

Axtarışlar Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir.


Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək.