Bakının bu ərazilərində su kəsiləcək

Bu gün Bakının Bibiheybət, Şıx qəsəbələri, Salyan yolu ərazisi və 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Yerveinsan.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, buna səbəb magistral su kəmərində yenidənqurma işlərinin aparılmasıdır.

Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.