Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub
İyunun 7-də saat 01 radələrində 1991-ci il təvəllüdlü Teymur Abdullayevin xəsarətlərlə xəstəxanaya daxil olması barədə Nərimanov Rayon Prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan Yerveinsan.az-a bildirilib ki, ilkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Əbil Muradovun rayon ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Əbil Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İbtidai istintaq davam etdirilir

