Qəsdən adam öldürməyə cəhd şəxs tutulub

İyunun 10-u saat 01 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yetkinlik yaşına çatmayan iki şəxsə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan Yerveinsan.az-a bildirilib ki, aparılan araşdırmalarla 2006-cı il təvəllüdlü M.Babayevin (şərti) aralarında yaranmış mübahisə zamanı iki həmyaşıdına bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. M.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.