Şahin Bağırov iyunun 16-da Quba və Qusar rayonlarından olan vətəndaşlarla görüşəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov iyunun 16-da saat 9-da Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Quba və Qusar rayonlarından olan vətəndaşlarla görüşəcək.
DGK-dən Yerveinsan.az-a bildirilib ki, görüşdə Quba və Qusar rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

