Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu davam edir
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə sənəd qəbulu davam edir.
Elm və Təhsil Nazirliyindən Yerveinsan.az-a verilən məlumata görə, proses iyulun 14-dək davam edəcək.
Proqramla bağlı ətraflı məlumatı nazirliyin saytından əldə etmək olar.
Tədris ilinin başlanmasına az vaxt qaldığı üçün müraciətlərin qısa müddətdə edilməsi tövsiyə olunur.

