Astara sakinindən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Astara sakinindən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Yerveinsan.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Hüseynov Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində İ.Hüseynovun yaşadığ Ərçivan qəsəbəsinin ərazisindəki köhnə tikilidə gizlətdiyi sellofan torbada 4 kiloqram heroin və 1 kiloqramdan artıq metamfetamin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı onun həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə satışını təşkil etmək məqsədilə əldə etdiyi müəyyən olunub. İ.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.