Bu il istehlakçılara 162 min manata yaxın vəsait geri qaytarılıb
Yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçıların 1114 müraciəti təmin olunub.
Dövlət Xidmətindən Yerveinsan.az-a bildirilib ki, təmin olunmuş müraciətlərin nəticəsində 161 min 731 manat vəsait istehlakçılara geri qaytarılıb, 33 min 228 manat məbləğində dəymiş ziyan ödənilib.

