FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 7 nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 40 halda yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən Yerveinsan.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində ikisi azyaşlı olmaqla yeddi nəfər, o cümlədən qeyri-çimərlik ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib. Həmçinin Yuxarı Zeyxur kanalının Qusar rayonunun Gündüzqala kəndi ərazisindən keçən hissəsindən bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın zamanı 52 nəfər təxliyə olunub.

