Paytaxt havasında toz hissəciklərinin və dəm qazının miqdarı normadan çox olub
Ötən gün Bakı şəhəri üzrə havanın keyfiyyət göstəricilərində dispers toz hissəciklərinin miqdarı 1,4, dəm qazı 1,6, Gəncə şəhərində isə azot-4 oksidin miqdarı 1,2 dəfə normadan yüksək olub.
Yerveinsan.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, havada müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar lokal xarakterlidir. Dəm qazı, azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.

