Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir

Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Xidmətdən Yerveinsan.az-a bildirilib ki, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Altıağac, Qusar, Şahdağ, Mingəçevir, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxanda arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

Saat 14:30 radələrində Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan sel keçib.