Daxili işlər naziri Mingəçevirdə vətəndaşlarla görüşəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 19-da Mingəçevir Şəhər Polis Şöbəsinin inzibati binasında Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Şuşa, Tərtər şəhər və rayonlarının sakinləri ilə görüşəcək.

Bu barədə Yerveinsan.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı iyulun 18-dək yaşadıqları ərazinin polis orqanına, habelə Daxili İşlər Nazirliyinin mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.